×
A
A
A
Sazlamalar

“2 oktyabr 2009-cu il tarixində imzalanmış Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında Sazişə dəyişikliklər edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“2 oktyabr 2009-cu il tarixində imzalanmış Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında Sazişə dəyişikliklər edilməsi barədə” 2019-cu il oktyabrın 14-də Bakı şəhərində imzalanmış Protokol təsdiq edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 dekabr 2019-cu il.

Qanunlar 2019-12-23 17:01:00