×
A
A
A
Sazlamalar

Azərbaycanın Xarici İşlər naziri Tbilisidə gürcüstanlı həmkarı ilə görüşüb

Tbilisi, 23 dekabr, AZƏRTAC
Tbilisidə səfərdə olan Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov gürcüstanlı həmkarı David Zalkaliani ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.
Görüşdə, həmçinin Azərbaycan, Gürcüstan və Türkiyənin birgə iştirakı ilə həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri, regionda və dünyada gedən proseslər diqqət mərkəzində olub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Xarici siyasət 2019-12-23 13:35:00