×
A
A
A
Sazlamalar

Əsas kapitalın 71,6 faizi sənaye və tikinti sahələrinə yönəldilib

Bakı, 19 dekabr, AZƏRTAC 

Yanvar-noyabr aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 49,2 faizi sənaye, 22,4 faizi isə tikinti sahələrinə sərf edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əsas kapitalın 13 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 2,1 faizi təhsil, 1,9 faizi informasiya və rabitə, 1 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 0,9 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 0,8 faizi peşə, elmi və texniki fəaliyyət, 0,6 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 0,4 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 0,3 faiz maliyyə və sığorta fəaliyyəti, 0,2 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrinə sərf olunub.

Tikinti̇ 2019-12-19 16:41:00