×
A
A
A
Sazlamalar

Tikinti materiallarının istehsalı artıb

Bakı, 19 dekabr, AZƏRTAC 

Cari ilin yanvar-noyabr aylarında tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 4,4 faiz artaraq 709,8 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin dövrdə tikinti kərpicinin istehsalı 38,1 faiz, tikinti əhənginin istehsalı 48,7 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 28,1 faiz artıb.
Sementin istehsalı 1,6 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 53,3 faiz, tikinti gipsinin istehsalı isə 66,5 faiz azalıb.

Tikinti̇ 2019-12-19 12:24:00