×
A
A
A
Sazlamalar

Metanol istehsalı 331 min ton olub

Bakı, 18 dekabr, AZƏRTAC

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 77,1 min ton propilen (ondan əmtəəlik 76,6 min ton), 88 min ton polietilen, 102,3 min ton etilen, 331,8 min ton metanol (metil spirti) istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 11 ayda kimya sənayesində məhsul buraxılışı ötən ilin eyni ayları ilə müqayisədə 27,3 faiz artıb. Dekabrın 1-nə 2,8 min ton propilen və 1,8 min ton polietilen hazır məhsul ehtiyatı kimi qalıb.
Hesabat dövründə propilen istehsalı 58,7 faiz, etilen istehsalı isə 15,1 faiz artıb.

Sənaye 2019-12-18 16:35:00