×
A
A
A
Sazlamalar

Bu yolda rənglənmə işləri aparılacaq

Bakı, 16 dekabr, AZƏRTAC 

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə dekabrın 16-da saat 22:00-dan başlayaraq dekabrın 17-si səhər saatlarınadək “Azneft” meydanından Su İdmanı Sarayına qədər olan hissədə, hər iki istiqamət üzrə üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Azərbaycan Dövlət Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, sürücülərdən sözügedən yolda diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş edilir.

Tikinti̇ 2019-12-16 17:49:00