×
A
A
A
Sazlamalar

“Mançester Siti” “Arsenal” üzərində inamlı qələbə qazanıb

Bakı, 16 dekabr, Nicat Məmmədov, AZƏRTAC

Dekabrın 15-də futbol üzrə İngiltərə Premyer Liqasının 17-ci turunun mərkəzi qarşılaşması keçirilib.
AZƏRTAC xəbər verir ki, son çempion “Mançester Siti” səfərdə “Arsenal” komandasının qonağı olub. Görüş “Mançester Siti”nin 3:0 hesablı inamlı qələbəsi ilə başa çatıb. “Şəhərlilər”in heyətində Kevin De Brüyne (2) və Rahim Sterlinq fərqləniblər.
Bu qələbədən sonra “Mançester Siti” xallarının sayını 35-ə çatdıraraq turnir cədvəlində üçüncü yerdə qərarlaşıb. “Arsenal” isə 22 xalla 9-cu pillədə yer alıb.
Turun ikinci oyun günündə daha iki qarşılaşma təşkil olunub. “Mançester Yunayted” öz meydanında “Everton” klubu ilə heç-heçə (1:1), “Tottenhem” isə səfərdə “Volverhemton” komandasına qalib gəlib (2:1).
Tura dekabrın 16-da “Kristal Palas” - “Brayton” oyunu ilə yekun vurulacaq.

İdman 2019-12-15 23:50:00