×
A
A
A
Sazlamalar

Gürcüstanda tütün məmulatları istifadəçilərinə yeni qadağa tətbiq olunacaq

Tbilisi, 15 dekabr, AZƏRTAC

Gürcüstanda yanvarın 1-dən etibarən tütün məmulatları istifadəçilərinə yeni qadağa tətbiq olunacaq.
AZƏRTAC xəbər verir ki, mövcud qüvvədə olan qanunvericiliyə əsasən Gürcüstanda kafe, restoran, kinoteatr, digər bina və ictimai yerlərdə tütün məmulatlarından istifadə qadağandır. Yanvar ayından etibarən bu siyahıya idman meydançaları və böyük stadionlar da əlavə olunacaq.
Qanunu pozan şəxslərə maliyyə sanksiyaları tətbiq olunacaq.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2019-12-15 22:10:00