×
A
A
A
Sazlamalar

Serbiyada məktəbli avtobusu qatarla toqquşub

Belqrad, 15 dekabr, AZƏRTAC
Serbiyanın cənubunda qatar sərnişin avtobusu ilə toqquşub.
AZƏRTAC xəbər verir ki, toqquşma zamanı 3 nəfər həlak olub, 22-si ağır yaralanıb.
Yerli polisin məlumatına əsasən, hadisə səhər saat 06:30-da Niş şəhəri yaxınlığında baş verib. Qatar məktəb avtobusuna dəyərək onu iki yerə parçalayıb. Xəstəxanaya yerləşdirilən 22 yaralının 21-i uşaqdır. Həkimlərin qənaətinə görə, yaralılardan 6-sının vəziyyəti ağırdır.

 

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad

Dünya 2019-12-15 20:00:00