×
A
A
A
Sazlamalar

Futbol üzrə Azərbaycan kubokunda dörddəbir final mərhələsinə start verilib

Bakı, 15 dekabr, Nicat Məmmədov, AZƏRTAC

Dekabrın 15-də futbol üzrə Azərbaycan kubokunda dörddəbir final mərhələsinə start verilib.
AZƏRTAC xəbər verir ki, günün ilk oyununda “Qəbələ” və “Sabah” komandaları üz-üzə gəlib. Qəbələ şəhər stadionunda keçirilmiş matç meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. İlk 2 qolu 19-cu və 44-cü dəqiqələrdə Klesio Bauk vurub. Son nöqtəni isə 87-ci dəqiqədə Ülvi İsgəndərov qoyub.
Cavab görüşü iyunun 19-da “Bank Respublika Arena”da keçiriləcək.
Qeyd edək ki, hazırda “Səbail” – “Zirə” matçı keçirilir. Hələlik hesab açılmayıb - 0:0.

İdman 2019-12-15 19:09:00