×
A
A
A
Sazlamalar

Polşada keçiriləcək klassik musiqi müsabiqəsində 500-dən çox pianoçu iştirak edəcək

Varşava, 15 dekabr, AZƏRTAC 

Polşada keçiriləcək Frederik Şopen adlı klassik musiqi müsabiqəsində 500-dən çox pianoçu iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, müsabiqəyə Azərbaycanla yanaşı, dünyanın 53 ölkəsindən 16-30 yaşlı musiqiçilər qatılacaqlar.
Frederik Şopen adına beynəlxalq musiqi müsabiqəsi 2020-ci ildə 18-ci dəfə keçiriləcək. İştirakçıların sayı ilbəil artır. Təkcə Çindən müsabiqədə iştirak üçün 100-dən çox pianoçu ərizə təqdim edib.
Müsabiqənin seçim mərhələsi aprelin 17-28-də keçiriləcək. Qaliblər oktyabrın 2-də keçiriləcək finalda bəlli olacaq.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava

Mədəniyyət 2019-12-15 08:16:00