×
A
A
A
Sazlamalar

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Ümid Partiyası Ali Məclisinin 2019-cu il 7 dekabr tarixli sessiyasının qərarı ilə səlahiyyətli nümayəndələr təyin olunmuş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) təqdim edilmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün hüquqi əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:
1. 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə aşağıdakı şəxslər Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:

Əslan Seyran oğlu Əliyev
Adil Miriş oğlu Qulami
Salman Məhəmməd oğlu İmanlı
İmamverdi Səməd oğlu Verdiyev
Qasım Rəhim oğlu Həsənov
Ramiz Adil oğlu Əlizadə
Əli Ağadədə oğlu Əliyev
Firəddin Süleyman oğlu Qəhrəmanov
Əlibala Sahib oğlu Əliyev
Bəybala Əşrəf oğlu Əliyev
Cavanşir Yusif oğlu Əliyev
Akif Səlim oğlu İsmayılzadə


2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr          Məzahir Pənahov


Katib        Arifə Muxtarova

Katib        Mikayıl Rəhimov

Qərarlar 2019-12-14 19:57:00