×
A
A
A
Sazlamalar

Azərbaycan Atletika Federasiyasının nümayəndəsi Belqradda beynəlxalq seminarda iştirak edib

Bakı, 14 dekabr, AZƏRTAC

Avropa Atletika Federasiyasının təşkilatçılığı ilə Serbiyanın paytaxtı Belqradda qadın idmançılar üçün seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, seminarda ölkəmizi Azərbaycan Atletika Federasiyasının nümayəndəsi İradə Mehdiyeva təmsil edib.
Avropa Atletika Federasiyasının İcraiyyə Komitəsinin üzvləri də seminara qatılıblar. İyirmi üç ölkədən 25 nəfərin iştirak etdiyi seminarın məqsədi qadınları mentorluq sahəsində maarifləndirməkdir.

İdman 2019-12-14 18:43:00