×
A
A
A
Sazlamalar

Müdafiə Nazirliyinin nümayəndə heyəti “Beynəlxalq Ordu Oyunları-2020”yə dair konfransda iştirak edib

Bakı, 14 dekabr, AZƏRTAC

Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin idarə rəisi, general-mayor Ənvər Əfəndiyevin rəhbərlik etdiyi nümayəndə heyəti “Beynəlxalq Ordu Oyunları-2020” yarışlarının Moskvada keçirilən ilkin planlaşdırma konfransında iştirak edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir zamanı yarışların şərtləri və qaydaları, hazırlıq işləri müzakirə olunub. Həmçinin müsabiqənin təşkil olunacağı ərazilərə baxış keçirilib.
“Beynəlxalq Ordu Oyunları-2020” yarışlarının gələn il avqustun 23-dən sentyabrın 5-dək keçirilməsi planlaşdırılır.

Ordu 2019-12-14 18:21:00