Voleybol üzrə Azərbaycan çempionatının yeni mövsümünə start verilib
Bakı, 14 dekabr, AZƏRTAC
Dekabrın 14-də qadın voleybolçular arasında Azərbaycan Super Liqasının 2019-2020-ci il mövsümünə start verilib.
AZƏRTAC xəbər verir ki, çempionatın açılış oyununda “Azərreyl” və “Abşeron” komandaları üz-üzə gəliblər. Maraqlı idman mübarizəsi şəraitində keçən oyunda “Azərreyl” komandası 3:1 hesabı ilə qalib gəlib.
Oyun başa çatdıqdan sonra həm qadın, həm də kişi voleybolçular arasında ölkə çempionatlarının açılış mərasimi keçirilib.
Azərbaycan Voleybol Mərkəzində təşkil olunan mərasimdə əvvəlcə iştirakçı komandaların paradı olub.
Federasiyanın prezidenti Cavid Qurbanov mərasimdə çıxış edərək ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından və atletlərimizin beynəlxalq arenada qazandıqları nailiyyətlərdən danışıb. C.Qurbanov qeyd edib ki, ölkəmizdə uğurlu idman siyasətinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Hazırda bu siyasət dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Azərbaycan Prezidenti idmanın digər növləri kimi, voleybolun da inkişafını diqqət mərkəzində saxlayır. Ümumiyyətlə, ölkəmizdə idmançıların sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır.
Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra C.Qurbanov çempionatı açıq elan edib.
Kişi voleybolçuların çempionatında “Sərhədçi”, MOİK, “Neftçi”, “Murov”, “Xilasedici”, “Azərreyl”, “Ekspress” və Gürcüstan yığması iştirak edirlər. Qadınların mübarizəsində isə UNEC, “Murov”, “Abşeron”, “Mübariz”, “Azərreyl” və Gürcüstan millisi birincilik uğrunda yarışırlar.
Çempionatın oyunları Hövsan Olimpiya İdman Kompleksində, “Sərhədçi” İdman Olimpiya Mərkəzində, “Lokomotiv” klubunun, FHN-in, eləcə də Azərbaycan Voleybol Federasiyasının idman zallarında baş tutacaq. Yarışın final mərhələsi Bakı İdman Sarayında təşkil olunacaq.
“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır
İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm
Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək
Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir
"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir