×
A
A
A
Sazlamalar

Xəzər Universitetində “ATL Tech” şirkətinin nümayəndələri ilə görüş

Bakı, 14 dekabr, AZƏRTAC

Xəzər Universitetində “ATL Tech” şirkətinin nümayəndələri ilə görüş keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, İnsan resursları üzrə aparıcı mütəxəssis Vəfa Şahgəldiyevaya təmsil etdiyi şirkətin layihələri barədə görüş iştirakçılarına məlumat verib. O qeyd edib ki, “ATL Academy” layihəsi çərçivəsində tələbələr üçün 3 aylıq təcrübə keçirilir. Təcrübə proqramında tələbələr ictimaiyyətlə əlaqələr, layihələrin idarə olunması və sosial iş istiqamətləri üzrə fəaliyyət göstərəcəklər. “ATL Academy” hazırkı mərhələdə kurslar təqdim edir. Növbəti mərhələlərdə keçiriləcək kurslar informasiya texnologiyaları sahəsinin müxtəlif istiqamətlərini əhatə edəcək. Dərslər təcrübəli mütəxəssislər tərəfindən aparılır. Tələbələrə nəzəri biliklərlə yanaşı, həm də praktik biliklər öyrədiləcək.
Sonda suallar cavablandırılıb.

Elm və təhsil 2019-12-14 17:58:00