×
A
A
A
Sazlamalar

Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirib

Bakı, 14 dekabr, AZƏRTAC

Dekabrın 14-də Təhsil Nazirliyi Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisində ağacəkmə aksiyası keçirib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ağacəkmə aksiyasına “Bir” tələbə-könüllülər də qatılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə keçirilən aksiyanın məqsədi ağac əkməklə ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına kömək etmək, ekoloji tərbiyəni gücləndirmək və təbiətə töhfə verməkdir.
Aksiya zamanı Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi tərəfindən qeyd olunan ərazidə minədək badam ağacı əkilib.

Elm və təhsil 2019-12-14 17:55:00