×
A
A
A
Sazlamalar

Polşadakı inşaat materialları sərgisində Azərbaycan da təmsil olunacaq

Varşava, 14 dekabr, AZƏRTAC 

Gələn il fevralın 4-7-də Polşanın Poznan şəhərində “BUDMA-2020” beynəlxalq inşaat sərgisi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, sərgidə Azərbaycan da daxil olmaqla 30-dan çox ölkədən 800-dək şirkətin iştirakı gözlənilir.
BUDMA 1978-ci ildən bəri Mərkəzi və Şərqi Avropanın ən iri inşaat sərgisi sayılır. Burada hər il tikinti sahəsinin ən yeni texnologiyaları və nailiyyətləri təqdim olunur. Sərgi tematik salonlara bölünəcək, hər birində uyğun qapı və pəncərə, dam örtükləri, taxta məhsulları, habelə tikinti vasitələrini daşımaq üçün nəzərdə tutulmuş logistika avadanlıqları nümayiş olunacaq.
Mütəxəssislər və qonaqlar üçün 100-dən çox təqdimat və seminarın da təşkil olunacağı bildirilir.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava

 

Tikinti̇ 2019-12-14 17:35:00