×
A
A
A
Sazlamalar

Gürcüstanda 4 yeni su elektrik stansiyası tikiləcək

Tbilisi, 14 dekabr, AZƏRTAC
Cari ildə Gürcüstanda 6 yeni su elektrik stansiyası (SES) istismara verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb. Bildirilir ki, istismara verilən SES-lərin ümumi gücü 57,9 meqavat təşkil edir. Yaxın vaxtlarda daha 4 stansiyanın istismara verilməsi planlaşdırılır.
Xatırladaq ki, ötən il Gürcüstanda 5 yeni SES istismara verilib. İki il ərzində istifadəyə verilən SES-lərin ümumi istehsal gücü 98,3 meqavatdır. Həmin SES-lərin tikintisinə 210,7 milyon ABŞ dolları xərclənib.
Qeyd edək ki, Gürcüstan daxili tələbatını ödəmək üçün elektrik enerjisini xaricdən alır. Cari ilin 11 ayında Gürcüstan 1,4 milyard kilovat/saat elektrik enerjisi idxal edib. Bunun da 63,8 faizi Azərbaycanın payına düşüb.


Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2019-12-14 17:30:00