×
A
A
A
Sazlamalar

İcarəyə götürülən obyektdə pərakəndə ticarət nəzarət-kassa aparatı vasitəsilə aparılmalıdır

Bakı, 14 dekabr, AZƏRTAC 

Pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarının nəzarət-kassa aparatı vasitəsilə həyata keçirilməsinin təsbit olunduğunu nəzərə alaraq, icarəyə götürülən obyektdə pərakəndə ticarət zamanı nağd pul hesablaşmaları nəzarət-kassa aparatı ilə həyata keçirilməlidir.
Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən AZƏRTAC-a bildirilib ki, eyni zamanda, icarəyə götürülən obyekt üzrə icarədar hüquqi şəxs olduqda ödənilən icarə haqqından ödəmə mənbəyində vergi tutulmur. İcarədar fiziki şəxs olduqda isə ödənilən icarə haqqından ödəmə mənbəyində xərclər çıxılmadan 14 faiz dərəcəsi ilə gəlir vergisi tutulmalı, tutulmuş vergi hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürülməli və həmin müddətdə vergi orqanına “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” təqdim edilməlidir. Bundan başqa, nağdsız ödənişlərin aparılması üçün POS-terminalların quraşdırılmasını təmin etmək vergiödəyicisinin vəzifələrinə aid edilib.

Maliyyə 2019-12-14 17:25:00