×
A
A
A
Sazlamalar

Gəncədə bir qrup şəhid ailəsinə və müharibə əlilinə mənzillər təqdim edilib

Gəncə, 14 dekabr, Rauf Hacıyev, AZƏRTAC

Gəncə şəhərində yaşayan bir qrup şəhid ailəsi və müharibə əlilinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillər təqdim olunub.
Təqdimat mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri ,eləcə də yeni mənzilə sahib olan şəhid ailələri və müharibə əlilləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mənzillə təmin olunan şəhid ailələri sırasında Milli Qəhrəman Pərviz Səmədovun ailəsi də var. Onun həyat yoldaşı Mətanət Şahvələdovaya üçotaqlı mənzil təqdim olunub.
Tədbirdə vurğulanıb ki, dövlət başçısının sosial sahəyə xüsusi qayğısı həssas qrupların rifahının yaxşılaşdırılmasına xidmət edən mühüm proqramların ildən-ilə genişlənməsinə səbəb olub. 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlilləri və şəhid ailələrinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla, 626 mənzil təqdim edilib. 2019-cu ildə isə 934 mənzil verilməsi nəzərdə tutulub ki, onların da böyük hissəsi artıq verilib. Ümumiyyətlə bu vaxtadək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7178 mənzil və fərdi ev təqdim edilib.
Yeni mənzillə təmin olunan vətəndaşlar əhalinin rifahının təminatı, həssas qruplara dövlət qayğısının artırılması sahəsində aparılan ardıcıl işlərə, müasir tələblərə uyğun yeni mənzillərlə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Regionlar 2019-12-14 17:06:00