×
A
A
A
Sazlamalar

KOBİA-da özünüməşğulluqla bağlı suallar cavablandırılacaq

Bakı, 14 dekabr, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə dekabrın 17-də mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün “Özünüməşğulluq sahəsində mövcud dəstək mexanizmləri ilə bağlı yeniliklər” mövzusunda onlayn maarifləndirici tədbir keçiriləcək.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, onlayn tədbirdə sahibkarlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin və agentliyin nümayəndələri tərəfindən özünüməşğulluq proqramı və bu proqrama qoşulmaq üçün prosedurlar, bu sahədə dövlət dəstəyi tədbirləri və mexanizmləri, eləcə də “Aqrar Tədarük və Təchizat" ASC-nin özünüməşğulluğu dəstəkləyən layihələri barədə məlumatlandırılacaq, onları maraqlandıran suallar cavablandırılacaq.
Tədbirə ölkənin istənilən yerindən internet vasitəsilə (kompüter, planşet və mobil telefondan istifadə etməklə) qoşulmaq mümkündür.
Agentliyin ölkənin 20 şəhər və rayonunda fəaliyyət göstərən KOB dostları onlayn tədbirə qoşulmaq istəyən sahibkarlara lazımi dəstəyi göstərəcək.
Onlayn maarifləndirmə tədbirinə qoşulmaq istəyənlər hər hansı məsələ ilə əlaqədar KOBİA-ya müraciət edə bilərlər (055 525 30 30 - Adil Əhmədov, Nicat Əlizadə - 055 510 30 30).

İqtisadiyyat 2019-12-14 17:07:00