×
A
A
A
Sazlamalar

İmişlinin Qaradonlu kəndində 120 abonentə təbii qazın verilişi dayandırılıb

Bakı, 14 dekabr, AZƏRTAC

İmişli rayonunun Qaradonlu kəndində qəza törədən “Mercedes” markalı avtomobillə diametri 108 millimetr olan orta təzyiqli, yerüstü qaz xəttini zədələyiblər. Hazırda Qaradonlu kəndində 120 abonentə qazın verilişi müvəqqəti olaraq dayandırılıb və təmir işlərinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Regionlar 2019-12-14 13:23:00