×
A
A
A
Sazlamalar

Beynəlxalq dərəcəli hakimimiz “Olimp”-“Calcit” oyununa təyinat alıb

Bakı, 14 dekabr, AZƏRTAC

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Konstantin Selin Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.
AZƏRTAC xəbər verir ki, həmyerlimiz Çağırış kuboku yarışlarında mübarizə aparan Çexiyanın “Olimp” və Sloveniyanın “Calcit” komandaları arasında keçiriləcək görüşün ikinci hakimi olacaq. Oyunu rumıniyalı baş hakim Emil Mihai Rusinoiu idarə edəcək.
Turnirin 1/16 final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək görüş dekabrın 18-də Çexiyanın Kladno şəhərində təşkil olunacaq.

İdman 2019-12-14 13:19:00