×
A
A
A
Sazlamalar

Cüdoçumuz İrina Kindzerska “Masters” turnirində qızıl medal uğrunda mübarizə aparacaq

Bakı, 14 dekabr, AZƏRTAC

Çinin Tsindao şəhərində keçirilən “Masters” turnirində çıxış edən cüdoçumuz İrina Kindzerska finala vəsiqə qazanıb.
AZƏRTAC xəbər verir ki, turnirdə 78 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən milli komandamızın üzvü Anne-Mbairo Fatoumata (Fransa), Yanan Jianq (Çin), Beatris Souzaya (Braziliya) qalib gələrək yarımfinala çıxıb. Bu mərhələdə koreyalı Hayun Kimi (KOR) məğlub edən İ.Kindzerska finala vəsiqə qazanıb. Həlledici görüşdə onun rəqibi hollandiyalı Tessie Savelkoulsdur.
Qeyd edək ki, mötəbər yarışda 67 ölkədən 445 cüdoçu mübarizə aparır. Azərbaycanı beynəlxalq turnirdə 11 cüdo ustası (8 oğlan, 3 qız) təmsil edir.

 

İdman 2019-12-14 13:01:00