×
A
A
A
Sazlamalar

Təhsil və ya müalicə xərcləri ilə bağlı vergi güzəşti

Bakı, 14 dekabr, AZƏRTAC 

Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsinə əsasən, təhsil və ya müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 1000 manatadək olan hissəsi gəlir vergisindən azaddır.
Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən AZƏRTAC-a bildirilib ki, Vergi Məcəlləsinin tələblərinə görə, xaricdə müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 2000 manatadək olan hissəsi də gəlir vergisindən azad olunur.

Maliyyə 2019-12-14 12:31:00