×
A
A
A
Sazlamalar

Tarixən güclərin marağında olan Vinnitsa şəhəri – AZƏRTAC-ın FOTOREPORTAJI

Vinnitsa, 14 dekabr, AZƏRTAC
Ukraynanın Vinnitsa şəhəri XIV əsrdə Litva şahzadəsi tərəfindən salınıb. XV əsrdə Vinnitsa şəhər statusunu alıb. XVI-XVII əsrlərdə Vinnitsa şəhəri Polşadan Türkiyəyə, sonradan yenə Polşaya keçir.
Vinnitsa şəhəri tarixən yəhudilərin yaşadığı məskən kimi də tanınıb. Tarixi mənbələrdə yəhudilərin XVI əsrin ortalarından Vinnitsada məskunlaşdığı qeyd edilir. XIX əsrin ortalarında şəhərin əhalisinin 40 faizə yaxınını yəhudilər təşkil edib. İkinci Dünya müharibəsi zamanı şəhərin alman ordusu tərəfindən işğalı və yəhudilərin kütləvi qətlə yetirilməsi, ötən əsrin 90-cı illərin əvvəllərindən onların İsrail və ABŞ-a köçməsi nəticəsində hazırda Vinnitsa şəhərində yəhudi ailələrinin sayını azaldıb.
Hazırda Vinnitsa şəhərinin 400 minə yaxın əhalisi var. Şəhərin tarixi binaları və müasir tikililəri turistlər üçün cəlbedicidir.
AZƏRTAC dəyərli oxucuları üçün şəhərin fotosessiyasını təqdim edir.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri
Vinnitsa

Mədəniyyət 2019-12-14 11:57:00