×
A
A
A
Sazlamalar

Ağsuda istixana təsərrüfatlarının sahəsi 6,6 hektara çatıb

Ağsu, 14 dekabr, AZƏRTAC

Ağsu rayonunun istixana təsərrüfatlarında bu ilin on bir ayında 634,6 ton tərəvəz məhsulları istehsal edilib.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Ağsu ərazisində istixana təsərrüfatlarının ərazisi cari ildə 1,6 hektar artaraq 6,6 hektara çatıb. Bu cür təsərrüfatlarda tərəvəz məhsulları, əsasən də pomidor və xiyar yetişdirilir. Yetişdirilən məhsullar yerli bazarlara, habelə Rusiya və Ukrayna bazarlarına ixrac edilir.
Qeyd edək ki, respublikamızda kənd təsərrüfatının kompleks şəkildə inkişaf etdirilməsi, aqrar sektorda ayrı-ayrı sahələrin inkişafı istiqamətində həyata keçirilən islahatlar, göstərilən diqqət və qayğı fermerlərə, eləcə də fərdi torpaq mülkiyyətçilərinə ilboyu məhsul istehsalı üçün sərfəli olan istixanaların genişləndirilməsinə də marağı artırıb. Təsadüfi deyildir ki, rayonda bu sahə ilə məşğul olanların sayı ildən-ilə artır.

 

Kənd təsərrüfatı 2019-12-14 11:51:00