×
A
A
A
Sazlamalar

® “Azercell”dən super prizlər və sürpriz hədiyyələr qazan

Ölkənin aparıcı mobil operatoru 23-cü ildönümü ilə əlaqədar hər kəsi xüsusi İnstaqram yarışmasına dəvət edir.

1996-cı il dekabrın 15-də Azərbaycanın ilk GSM mobil operatoru – “Azercell Telekom” ölkənin ulu öndər Heydər Əliyev tərəfindən edilən ilk mobil zəngi ilə fəaliyyətinə təkan verib.
23-cü ildönümünü öz abunəçiləri ilə birgə qeyd etməyi arzulayan “Azercell” dekabrın 15-də rəsmi “Instagram” səhifəsi vasitəsilə xüsusi müsabiqə-viktorina elan edir. Müsabiqə yerli vaxtla 11:00-dan başlayaraq saat 22:00-dək davam edəcək. Belə ki, hər 30 dəqiqədən bir “Instagram”da “Azercell”, onun məhsulları və xidmətləri ilə bağlı 23 sual yerləşdiriləcək və bu suallara ilk və düzgün cavab verən iştirakçılar şirkətdən hədiyyələr qazanacaqlar. 23 qeyri-adi super priz və 230 sürpriz hədiyyə öz sahibini gözləyir.
“Instagram” profilinə sahib olan hər kəs yarışmada iştirak edərək suallara cavab verə və qalib gələ bilər. Daim yenilənən Instagram səhifəmizi izləyin və 23-cü ildönümümüzdə bizdən müstəsna hədiyyələr qazanmaq şansını qaçırmayın: https://www.instagram.com/azercell/
Azərbaycanda etibarlı və ən qabaqcıl mobil rabitə həllərini təqdim edən Azercell 23-cü ildönümü sevincini abunəçiləri ilə bölüşməkdən böyük məmnunluq duyur.
Daha ətraflı məlumat üçün: www.azercell.comhttps://www.instagram.com/azercell/

İKT 2019-12-14 11:41:00