×
A
A
A
Sazlamalar

Suraxanı qəsəbəsində minik avtomobili avtobusla toqquşub

Bakı, 14 dekabr, AZƏRTAC

Dekabrın 14-də səhər saat 09:00 radələrində Suraxanı qəsəbəsinin “Daş yol” adlanan küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, “KIA” markalı minik avtomobili əks hərəkət istiqamətinə çıxaraq 104 nömrəli müntəzəm marşrut xətti üzrə (dövlət qeydiyyat nişanı 90 OJ 542) sərnişin avtobusu ilə toqquşub. 104 nömrəli müntəzəm marşrut xətti üzrə daşıyıcı Nazim Qəhrəmanovun veriyi məlumata əsasən, hadisə zamanı avtobusda olan sərnişinlərdən bir neçəsi yüngül xəsarət alıb. Şahidlərin sözlərinə və ilkin araşdırmalara görə, hadisəyə səbəb “KIA” markalı minik avtomobili sürücüsünün sükan arxasında yuxulaması olub.

 

Hadisə 2019-12-14 11:40:00