×
A
A
A
Sazlamalar

Asiya İnkişaf Bankı Özbəkistana 500 milyon dollar ayırıb

Daşkənd, 14 dekabr, АZƏRTAC

Asiya İnkişaf Bankı Özbəkistanda həyata keçiriləcək layihələrə 500 milyon dollar ayırıb.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Daşkənddə Özbəkistanın Maliyyə Nazirliyi, Fransa İnkişaf Agentliyi (FİA) və Asiya İnkişaf Bankı arasında saziş imzalanıb.
Sənədə görə, bu vəsaitin 200 milyonu ipoteka bazarının inkişafına, bu sahədə normativ-hüquqi bazanın təkmilləşdirilməsinə sərf olunacaq. Bu pulun 300 milyonu isə Özbəkistanın regionlarında mənzilə ehtiyacı olanlar üçün evlərin tikilməsinə xərclənəcək. FİA isə bu məqsədlə həyata keçiriləcək layihələrə 50 milyon avro ayırıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Dünya 2019-12-14 08:32:00