UNCCD-nin rəsmi internet portalı Azərbaycanda keçirilən ağacəkmə aksiyasından yazıb
Berlin, 14 dekabr, AZƏRTAC
Almaniyanın Bonn şəhərində yerləşən BMT-nin Səhralaşmayla Mübarizə Konvensiyasının (UNCCD) rəsmi internet səhifəsində “Səhralaşmayla və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə Azərbaycan 1 gündə 650 min ağac əkmişdir” başlıqlı məlumat dərc olunub (bax: https://www.unccd.int/news-events/azerbaijan-plants-650-000-trees-day-fight-desertification-and-climate-change).
AZƏRTAC xəbər verir ki, məlumatda daha “yaşıl” gələcək üçün misli görünməmiş ictimai fəaliyyət çərçivəsində dekabrın 6-da Azərbaycan ərazisində 650 min ağac əkildiyi bildirilir. Vurğulanır ki, bu ətraf mühit kampaniyası böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd olunması məqsədilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü əsasında reallaşıb. Məqalədə həmçinin qeyd edilir ki, ağacların əkilməsi yerlərini müəyyənləşdirən xəritə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tərtib olunub. Eyni zamanda bildirilir ki, həmin ağaclar sözügedən Nazirliyin “Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətinin tinglik sahələrində böyüdülüb. Əlavə edilir ki, ağaclar “karbon dioksid emissiya”larını illik olaraq 2.6 min m³ azaltmaq potensialına malikdir və bu, iqlim fəaliyyətinə, səhralaşmayla və torpağın deqradasiyası ilə mübarizəyə əhəmiyyətli töhfədir.
Məlumatda qeyd olunur ki, bir sıra hökumət rəsmiləri, diplomatik missiyaların nümayəndələri, ictimai xadimlər və vətəndaş cəmiyyətinin təmsilçiləri adıçəkilən kampaniyaya qoşulmuşlar.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
Sabahın hava proqnozu açıqlanıb
Faktiki hava: Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb