×
A
A
A
Sazlamalar

Türkiyə Superliqasının XV turunun ilk oyununda qapılara qol vurulmayıb

Bakı, 14 dekabr, AZƏRTAC

Dekabrın 14-də Türkiyə Superliqasının XV turunda "Alanyaspor" doğma meydanda "Antalyaspor"u qəbul edib.
AZƏRTAC xəbər verir ki, oyunda qapılar toxunulmaz qalıb.
Turun digər oyunları dekabrın 14-15 və 16-da keçiriləcək.
Hazırda "Sivasspor" klubu 30 xalla vahid liderdir. "Beşiktaş" 27 xalla ikinci, "Trabzonspor" isə 26 xalla üçüncü pillədə yer alıb.

İdman 2019-12-14 02:05:00