×
A
A
A
Sazlamalar

Azərbaycan atleti Avropa birinciliyinin bürünc medalını qazanıb

Bakı, 14 dekabr, AZƏRTAC

İsrailin Eylat şəhərində keçirilən 15-17 yaşa qədər yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.
Azərbaycan Ağır Atletika Federasiyasından AZƏRTAC-a bildirilib ki, yarışda 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) iştirak edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var.
Yaşı 17-yə qədər olan atletlərdə 96 kiloqram çəki dərəcəsində Azərbaycanın iki atleti – Tarmenxan Babayev və Əli Şükürlü qüvvələrini sınayıbar.
Əli Şükürlü toplam 306 kiloqram (140+166) nəticə ilə yekun sıralamada 6-cı yeri tutub.
Tarmenxan Babayev birdən qaldırma hərəkətində 145 kiloqram nəticə ilə 4-cü pillədə qərarlaşıb. Atletimiz təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. O, 181 kiloqram nəticə ilə bu hərəkətdə 3-cü yeri tutaraq Avropa birinciliyinin bürünc medalını qazanıb.
Toplam 326 kiloqram (145+181) nəticə ilə T.Babayev yekun sıralamada 4-cü yeri tutub.

İdman 2019-12-14 00:54:00