Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 13 dekabr, AZƏRTAC
Dekabrın 13-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50203776S dövlət qeydiyyat nömrəli, 30 milyon manat həcmində, 84 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 97.9431 AZN (9 faiz) və 98.7329 AZN (5.5 faiz) olan 12 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 162 milyon 331 min 300 AZN olub.
AMB-nin qərarına əsasən, notların kəsmə və orta ölçülmüş qiyməti 98.7329 AZN (5.5 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon AZN təşkil edib.
Notlar gələn il martın 9-da ödəniləcək.
Aksiz markası ilə bağlı qanun pozuntusuna görə maliyyə sanksiyası tətbiq olunurmu?
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 46 min 258 ipoteka krediti verilib
Dövlət Vergi Xidməti: Elektron xidməti üzrə istifadəçi təlimatları hazırlanıb