×
A
A
A
Sazlamalar

Venesiyalı iş adamları Azərbaycana gələcəklər

Roma, 13 dekabr, AZƏRTAC 

Gələn il martın 8-11-də İtaliyanın Venesiya regionunun iş adamları Azərbaycana səfər edəcəklər.
AZƏRTAC xəbər verir ki, Venesiyanın Xarici Ticarət Palatası və Bakıda fəaliyyət göstərən İtaliya Ticarət Komissiyasının birgə təşkilatçılığı ilə keçiriləcək biznes görüşlərində iştirak üçün ərizələrin qəbulu yanvarın 15-dək davam edəcək. Tədbir çərçivəsində hər iki ölkənin investisiya perspektivləri müzakirə olunacaq, maraqlı tərəflərin birbaşa görüşləri keçiriləcək. Habelə iştirak edən şirkətlər üçün məhsul, bazar əlaqələrinin yoxlanılması aparılacaq, təklif olunan malların yerli bazara uyğunluğu qiymətləndiriləcək.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

İqtisadiyyat 2019-12-13 16:46:00