×
A
A
A
Sazlamalar

Gürcüstan Azərbaycandan 904,006 milyon kilovat/saat elektrik enerjisi idxal edib

Tbilisi, 13 dekabr, AZƏRTAC

Gürcüstan bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 904,006 milyon kilovat/saat elektrik enerjisi idxal edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Elektrik Enerjisi Sisteminin Kommersiya Operatoru (ESCO) məlumat yayıb.
Məlumatda deyilir ki, cari ilin 11 ayında Gürcüstan 1 415,98 milyon kilovat/saat elektrik enerjisi idxal edib.
Bunun da 63,8 faizi Azərbaycanın payına düşüb.
Hesabat dövründə Gürcüstan 243,42 milyon kilovat/saat elektrik enerjisi ixrac edib. Bunun da 12,104 milyon saatı Azərbaycanın payına düşüb.
Yanvar-noyabr aylarında Gürcüstan Azərbaycandan Türkiyəyə 116,69 milyon kilovat/saat həcmində elektrik enerjisi tranziti həyata keçirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

İqtisadiyyat 2019-12-13 04:10:00