Ulu öndər Heydər Əliyevin xatirəsi Latviyada da yad edilib
Bakı, 12 dekabr, AZƏRTAC
Latviya Respublikasında səfərdə olan Xarici İşlər naziri Elmar Məmmədyarov ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimində iştirak edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycanın Latviyadakı Səfirliyində təşkil olunan mərasimdə Ulu Öndərin səfirlikdəki büstü qarşısına tər çiçəklər qoyulub, Azərbaycan xalqının ümummilli liderinin əziz xatirəsi böyük hörmətlə anılıb.
Şarl Mişel: Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayırıq
“Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi böyük həqiqətin növbəti təzahürüdür” - RƏY
İsveçin xarici işlər naziri Qazaxın kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı paylaşım edib