×
A
A
A
Sazlamalar

Nizami Kino Mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də Nizami Kino Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir təşkil olunub.
Agentliyin İctimaiyyətlə əlaqələr mərkəzindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə agentliyin sədri Ülvi Mehdiyev ulu öndər Heydər Əliyevin həyat və dövlətçilik fəaliyyəti, zəngin siyasi irsi və təcrübəsi barədə danışıb. Sonra “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanan “Əbədiyyət” sənədli televiziya filmi nümayiş olunub.
Filmdə Ümummilli Liderin portreti təqdim olunub, onun müstəqil Azərbaycanın qurulması və möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən söz açılıb.

Cəmiyyət 2019-12-12 23:10:00