×
A
A
A
Sazlamalar

“Grand Prix 2019”: Şəhriyar Məmmədyarov növbəti dəfə heç-heçə edib

Bakı, 12 dekabr, AZƏRTAC
İsrailin Qüds/Yerusəlim şəhərində “Grand Prix 2019” seriyasının dördüncü mərhələsinin səkkizdəbir finalının cavab oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, qrossmeysterimiz Şəhriyar Məmmədyarov Rusiya təmsilçisi Dmitri Yakovenko ilə növbəti partiyanı da heç-heçə başa vurub.
Qeyd edək ki, şahmatçımızın rəqibi ilə ilk qarşılaşmasında da bərabərlik qeydə alınıb.

İdman 2019-12-12 22:11:00