×
A
A
A
Sazlamalar

Dahi lider Heydər Əliyev yüksək zirvə, müqəddəs amal, tükənməz həyat mənbəyidir

Bakı, 12 dekabr, AZƏRTAC

Suraxanı rayon Heydər Əliyev Mərkəzinin, Suraxanı Rayon İcra Hakimiyyətinin və YAP Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, rayon icra hakimiyyəti başçısı yanında Şuranın üzvləri, deputatlar, dörd minə yaxın rayon ziyalısı və ictimaiyyətin nümayəndələri Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət edərək Suraxanı rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərə həsr edilən sərgi ilə tanış oldular, Elektron lektoriya zalında məktəblilərin hazırladığı ədəbi-kompozisiyaya baxdılar.
Rayon icra hakimiyyətinin akt zalında keçirilən “Azərbaycanı davamlı tərəqqi və yüksəliş yoluna çıxaran Ümummilli Lider” adlı anım tədbiri dövlət himninin səsləndirilməsi ilə başladı. Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, “Xatirələr” filmi nümayiş olundu.
Anım mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov qeyd etdi ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasından 16 il keçir. Ötən illər bir daha göstərdi ki, zaman keçib nəsillər dəyişsə də, Ümummilli Lider xalqın yaddaşından silinmir, bu gün də insanların qəlbində ən yüksək ehtiramla yad edilir. Böyük azərbaycanlı Heydər Əliyev yüksək zirvə, müqəddəs amal, tükənməz həyat mənbəyidir. Heydər Əliyevin uzaqgörən siyasətçi, dahi şəxsiyyət olduğunu bir daha göstərən əsas amillərdən biri daim Azərbaycanın gələcəyini düşünməsi, onun siyasətini davam etdirəcək, arzularını, ideallarını gerçəkləşdirəcək Prezident İlham Əliyev kimi müdrik bir siyasətçini yetişdirməsi, ona etimad göstərməsidir. Prezident İlham Əliyev bu gün öz genişmiqyaslı və yorulmaz fəaliyyəti ilə Ümummilli Liderin etimadını, xalqın etibarını şərəflə doğrultduğunu sübut edir. Azərbaycanda güclü xalq-iqtidar birliyi mövcuddur. Ölkəmiz iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə böyük uğurlara imza atır. Azərbaycanın bu gün əldə etdiyi möhtəşəm uğurların fonunda müstəqilliyimizin möhkəm təməl üzərində olması daha aydın görünür. Bu uğurların qazanılmasında, Ulu Öndərin ideyalarının ölkəmizdə gerçəkləşməsində Prezident İlham Əliyevlə birgə fəal iştirak edən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var. Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin zəngin dövlətçilik irsinin təbliğində, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında, milli-mənəvi dəyərlərimizin, ölkəmizdə gedən inkişafın dünyaya təqdim olunmasında müstəsna xidmətlər göstərir. Azərbaycanda və dünyada humanitar, həmçinin sosial problemlərin həlli, yoxsul və ehtiyacı olan insanlara maddi və mənəvi dəstək, səhiyyə, təhsil, mədəniyyət sahələri üzrə irimiqyaslı layihələri reallaşdırır, qaçqın və məcburi köçkünlərin üzləşdikləri problemlərin həllinə daim diqqətlə yanaşır.
Sonda Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram teatrının aktyorlarının ifasında Ulu Öndərə həsr olunmuş “Qurtuluş” tamaşası təqdim olundu. Ulu Öndərin möhtəşəm obrazı bir daha tamaşaçıların gözləri önündə canlandırıldı.

Daxili siyasət 2019-12-12 22:03:00