×
A
A
A
Sazlamalar

Filarmoniyada ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib

Bakı, 12 dekabr, AZƏRTAC

Dekabrın 12-də M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü münasibətilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri konsert proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, konsertdə Fəxrəddin Kərimovun bədii rəhbərliyi və baş dirijorluğu ilə orkestr və musiqiçilərin ifasında Üzeyir Hacıbəylinin “Arazbarı”, Fikrət Əmirovun “Nizami” simfoniyasından Final, Qara Qarayevin “Yeddi gözəl” baletindən Ayşənin rəqsi, Tofiq Quliyevin “Sənə də qalmaz” əsərləri səsləndirilib.
Həmçinin, gecədə Georg Fridrix Hendelin “Solomon” simfoniyası, Vasif Adıgözəlovun “Qərənfil”, Tomazo Albinoninin “Adagio”, Ernest Bloxun “Concerto-grosso”, Eduard Napravnikin “Melanxoliya” və digər əsərlər də ifa olunub.

Mədəniyyət 2019-12-12 21:27:00