×
A
A
A
Sazlamalar

Azərbaycanın inkişaf təməlini dahi rəhbər Heydər Əliyev qoyub

Bakı, 12 dekabr, AZƏRTAC 

Bu gün Azərbaycan çox sürətlə inkişaf edir. Bu inkişafın təməlini dahi rəhbər Heydər Əliyev qoyub.
Bu sözləri ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etmək üçün Fəxri xiyabana gələn Bakı sakini Vüqar Məmmədov AZƏRTAC-a müsahibəsində bildirib.
1988-1992-ci illərdə ölkəmizin dağılmaq, parçalanmaq təhlükəsi ilə üzləşdiyini deyən V.Məmmədov 1993-cü ildə xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu təhlükənin sovuşduğunu, Azərbaycanın böyük tərəqqi yoluna çıxdığını söyləyib.
Ümummilli lider Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən danışan Vüqar Məmmədov bu gün Heydər Əliyev zirvəsinin dünyanın hər yerindən göründüyünü vurğulayıb. O, Heydər Əliyev siyasi xəttinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini deyib.

Cəmiyyət 2019-12-12 20:44:00