×
A
A
A
Sazlamalar

Balakən məktəbliləri Ulu Öndərə həsr olunan intellektual yarışda biliklərini sınayıblar

Balakən, 12 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Balakəndə xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının on altıncı ildönümü ilə əlaqədar məktəblilər arasında keçirilən “Ulu Öndər irsinin izində” adlı intellektual bilik yarışmasına yekun vurulub.
Balakən Gənclər Evinin təşkilatçılığı, rayon Gənclər və İdman İdarəsi, YAP rayon təşkilatı Gənclər Birliyi və rayondakı Heydər Əliyev Mərkəzinin dəstəyi ilə keçirilən yarışmada kənd məktəblərini təmsil edən 18 komanda iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bilik yarışmasının dekabrın 12-də keçirilən final mərhələsində 6 komanda mübarizə aparıb. İştirakçılar əvvəlcə Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən ekspozisiya ilə tanış olublar.
Yarış zamanı məktəblilər Ulu Öndərin həyatı və siyasi fəaliyyəti ilə bağlı sualları cavablandırıblar. Yekun nəticələrə əsasən, Qaravəli kənd tam orta məktəbin komandası intellektual bilik yarışmasının qalibi adını qazanıb. Sonrakı yerləri Tülü və Yeni Şərif kənd məktəblərinin komandaları tutublar.
Qalib komandalar diplomla və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Regionlar 2019-12-12 20:12:00