×
A
A
A
Sazlamalar

Ulu öndər Heydər Əliyevin mədəniyyət sahəsinə xüsusi qayğısı böyük canlanmaya səbəb oldu

Bakı, 12 dekabr, AZƏRTAC

Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının xoşbəxtliyini, inkişafını təmin edən bir siyasətçi olub. O, dərin zəkaya, ensiklopedik biliyə malik olan dövlət xadimi idi. Ümummilli Liderin atdığı hər addımın, irəli sürdüyü hər müddəanın arxasında konkret əmək dururdu. Məhz onun müdrik siyasəti və parlaq dühası nəticəsində ölkəmiz çox çətin və mürəkkəb dövrdən xilas olaraq çox qısa zaman ərzində tərəqqi yoluna qədəm qoydu. Əminliklə demək olar ki, Ulu Öndər xalqımızın əmin-amanlığının, vətənimizin inkişafının bünövrəsini qoyub.
AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 12-də Fəxri xiyabana gələn Xalq artisti Hacı İsmayılov deyib.
Xalq artisti bildirib ki, Heydər Əliyev mədəniyyət sahəsinə dəyər verib, bu sahəyə həmişə xüsusi diqqət və qayğı göstərib. Mədəniyyət sahəsinin inkişafı Ulu Öndərin siyasətində ən aparıcı sahələrdən biri idi. Yaxşı haldır ki, onun başladığı siyasi kursu Prezident İlham Əliyev uğurla davam etdirir.
Onunla bir yerdə anım mərasimində iştirak edən Əməkdar artist Çingiz Əhmədov bildirib ki, ötən əsrin 90-cı illərində ölkəmiz burulğan içində idi. Bir yandan cəlb olunduğumuz müharibənin ağrıları, bir yandan pərən-pərən salınmış və zəif iqtisadiyyat gələcəyə ümidlə baxmağa əsas vermirdi. Müdrik siyasətçinin hakimiyyətə yenidən qayıdışı ilə inkişafın təməlini qoyuldu, ölkəmizin sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində nəzərəçarpacaq dirçəliş başladı. Ulu Öndərin mədəniyyət sahəsinə xüsusi qayğısı nəticəsində bu sahədə böyük canlanma yarandı, sənət adamlarına fəxri adlar, təqaüdlər, mükafatlar verildi. Elə onun göstərdiyi diqqətə görə mədəniyyət sahəsində çalışanlar xalqımızın Ümummilli Liderini həmişə böyük ehtiramla yad edir və müqəddəs ruhuna dualar oxuyurlar.

Cəmiyyət 2019-12-12 19:35:00