×
A
A
A
Sazlamalar

UNEC-in Zaqatala filialında “Açıq qapı” günü keçirilib

Bakı, 12 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında “Açıq qapı” günü keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, rektor Ədalət Muradov Zaqatala filialının fəaliyyətindəki yeniliklərlə tanış olub, müraciətləri dinləyib.
Ümumilikdə 45 nəfərin müraciəti dinlənilib. Qaldırılan məsələlərin həlli ilə bağlı universitetin müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.
Qəbuldan sonra rektor UNEC-in Zaqatala filialının tələbələri ilə geniş tərkibdə görüş keçirib. Universitetdə aparılan təhsil islahatları haqda danışan rektor tələbələrə ixtisaslarına mükəmməl yiyələnməyi, müasir, savadlı, bu günün tələblərinə cavab verən kadr kimi formalaşmağı tövsiyə edib.
Sonra rektorun Zaqatala filialının müəllimləri ilə görüşü olub. Görüşdə UNEC-in prioritetləri, təhsildə inkişafa nail olmaq üçün qarşıda duran vəzifələr müzakirə edilib.

Elm və təhsil 2019-12-12 19:21:00