×
A
A
A
Sazlamalar

Bərdə regional “ASAN xidmət” mərkəzində “Əbədiyaşar lider” mövzusunda anım tədbiri keçirilib

Bakı, 12 dekabr, AZƏRTAC

Bərdə regional “ASAN xidmət” mərkəzinin, rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Əbədiyaşar lider” mövzusunda anım tədbiri keçirilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra mərkəzin könüllüləri tərəfindən hazırlanan və ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarxa baxıblar.
Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov, Bərdə regional “ASAN xidmət” mərkəzinin direktoru Əşrəf Əliyev çıxışlarında əbədiyaşar liderin Vətən və xalq qarşısında misilsiz xidmətlərindən danışıblar. Qeyd olunub ki, ulu öndər Heydər Əliyev fəaliyyətinin bütün dövrlərindən canı qədər sevdiyi doğma Azərbaycana ləyaqətlə xidmət edib. Ümummilli liderimiz Heydər Əliyev həmişə böyüməkdə olan gənc nəslə ən yüksək səviyyədə diqqət və qayğı göstərib.
Xüsusi vurğulanıb ki, Azərbaycanda qanunun aliliyi, demokratiya və insan hüquqlarının təminatı daim ulu öndər Heydər Əliyevin diqqət mərkəzində olub. Heydər Əliyevin inamla həyata keçirdiyi məhkəmə–hüquq islahatları ölkəmizdə qanunçuluğun və hüquq qaydasının möhkəmlənməsinə, habelə Azərbaycanın beynəlxalq arenada demokratik imicinin yüksəlməsinə xidmət edib.

Sosial 2019-12-12 19:10:00