×
A
A
A
Sazlamalar

Ulu öndər Heydər Əliyev Azərbaycan üçün misilsiz xidmətlər göstərən dahi şəxsiyyətdir

Bakı, 12 dekabr, AZƏRTAC

Gənc nəsil ümummilli lider Heydər Əliyevin zəngin irsini dərindən öyrənməlidir. Ulu öndər Heydər Əliyev Azərbaycan üçün misilsiz xidmətlər göstərən, ölkəmizin, xalqımızın qüdrətli gələcəyi üçün sağlam təməllər formalaşdıran dahi şəxsiyyətdir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar dekabrın 12-də Fəxri xiyabana gələn təhsil eksperti Nəzərbəy Hacıağayev söyləyib.
Ümummilli Liderin gənclərə hər zaman böyük diqqət və qayğı ilə yanaşdığını vurğulayan N.Hacıağayev bildirib: “Dahi şəxsiyyət Heydər Əliyev respublikamıza rəhbərliyinin bütün dövrlərində sağlam, yüksək bilikli, bu dövlətə sahib dura biləcək gənc nəslin yetişməsinə çalışırdı. Ulu Öndər dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ona görə də gənc nəsil dahi şəxsiyyətin irsini daha dərindən öyrənmək ruhunda tərbiyə olunmalıdır”.

Sosial 2019-12-12 18:10:00