×
A
A
A
Sazlamalar

Teymur Bayramov: Fəxri xiyabandakı izdiham Ulu Öndərə sevginin, məhəbbətin göstəricisidir

Bakı, 12 dekabr, AZƏRTAC

Bu gün Fəxri xiyabanda gördüyümüz bu izdiham tarixi şəxsiyyət, əbədiyaşar lider, ulu öndər Heydər Əliyevə olan sevginin, məhəbbətin göstəricisidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri xalqımızın ümummilli lideri Heydər Əliyevin ümumxalq ziyarətində iştirak edən Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının mətbuat katibi Teymur Bayramov deyib.
Bildirib ki, xalqın sevgisini qazanan Heydər Əliyev Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında böyük zəhməti olub. Ulu Öndər mədəniyyəti və mədəniyyət sahəsində çalışanları uca tutaraq belə deyərdi: “Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz”. Bu gün mədəniyyət sahəsində çalışan insanlar bu tarixi sözlərdən ruhən qidalanaraq həyat eşqi ilə yaşayıb, yazıb yaradırlar...
“Biz də İrəvan Teatrının kollektivi anım günü ilə bağlı Fəxri xiyabana gələrək xalqımızın ulu öndəri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət edərək, xatirəsini dərin ehtiramla yad edib, qurduğu müstəqil Azərbaycanın mədəniyyətinə layiqincə xidmət göstərək tədbirlərdə, tamaşalarda ulu öndərə olan öz sevgimizi hər zaman göstəririk. Buna misal olaraq Nizami rayonunda ümummilli lider Heydər Əliyevin həyatından, ölkəmizin quruculuq və inkişafı istiqamətində gördüyü misilsiz işlərdən bəhs edən şair-dramaturq İftixarın müəllifi olduğu “Müstəqil Vətənin Memarı” poeması əsasında hazırlanmış sənədli-bədii televiziya filminin nümayişi, Suraxanı rayonunda şair-dramaturq İftixarın “Qurtuluş dastanı” əsəri əsasında hazırlanmış “Qurtuluş” tamaşasının nümayişini xüsusi qeyd etmək olar. Bu səhnə əsərində ümummilli lider Heydər Əliyevin bədii obrazını teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev canlandırıb. Kollektiv adından müdrik dövlət xadiminə Uca Allahdan rəhmət diləyirik!”, - deyə Teymur Bayramov qeyd edib.

Mədəniyyət 2019-12-12 17:55:00