×
A
A
A
Sazlamalar

® “Azercell”dən 5G virtual oyunları və fotomüsabiqə

Lider mobil operator “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında bir ay ərzində həm supersürətli virtual oyunlar, həm də hədiyyəli müsabiqələr təqdim edir.

“Azercell Telekom” ənənəsinə sadiq qalaraq bu il də dekabrın 1-dən yanvarın 6-dək “Nargis Fund” tərəfindən Fəvvarələr meydanında keçirilən “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasına dəstək olur. Xatırladaq ki, xeyriyyə yarmarkasından toplanan vəsait ənənəyə uyğun olaraq, müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyatlarına sərf ediləcək.
Ötən ay Bakının Fəvvarələr meydanında ilk dəfə 5G sürət sınağını həyata keçirən “Azercell” şirkəti builki yarmarka ziyarətçilərinə müasir zamanın ən qabaqcıl və sürətli əyləncə vasitəsi - 5G virtual oyunlarını təqdim edir. Belə ki, heç bir ləngimə olmadan, sürətli və etibarlı bağlantının təmin olunduğu əsl oyun həyəcanını yarmarkaya gələn hər kəs özü yaşaya bilər. İştirakçılar xüsusi “Oculus RIFT” dəsti vasitəsilə virtual idman ərazisində “multiplayer” rejimində özlərini çoxsaylı oyunçulardan biri olaraq təsəvvür edəcəklər. Bütün bunlar “Azercell”in ölkəmizdə ilk dəfə olaraq test rejimində təqdim etdiyi 5G sürəti ilə mümkün olacaq.
Bundan əlavə, “Azercell” “Soyuq əllər, isti ürək” yarmarkasına gələn hər kəs üçün Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə “Rəqəmsal dünyada da həmrəy olaq!” şüarı altında fotomüsabiqə elan edir. 2020-ci il yanvarın 5-dək keçiriləcək müsabiqənin iştirakçıları müsabiqə mövzusunun atributikasına aid çəkdikləri şəkli “Azercell” həştəqi altında “Facebook” və “Instagram” səhifələrində yükləməklə şirkətdən dəyərli hədiyyələr əldə edəcəklər.
Müsabiqənin şərtləri ilə “www.azercell.com/musabiqe” səhifəsi vasitəsilə daha ətraflı tanış olmaq olar.
Beləliklə, “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının “Azercell” guşəsini ziyarət edən hər kəs soyuq qış günlərində həm əylənə, həm də hədiyyə qazana biləcək.
Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.

İKT 2019-12-12 17:27:00